Türkiyədə əhalinin artımında ciddi geriləmə müşahidə olunur.
Metbuat az xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb. Dövlət qurumu ölkə əhalisinin 2100-cü ildə 54 milyona düşəcəyini açıqlayıb.
Qeyd edək ki, əhali sayında müşahidə olunan azalma ölkə rəhbərliyini hərəkətə keçirib. Prezident Rəcəb Tayyip Ərdoğan vətəndaşlara uşaqların sayını artırmaq üçün çağrış edib. Dövlət başcısı çoxuşaqlı ailələrə hər cür maddi və mənəvi dəstək göstərəcəyini bildirib.
Ərdoğana ilk dəstək Ordu vilayətinin Kumru rayonunun bələdiyə sədri Yusuf Yalçuvadan gəlib. Yusuf Yalçuva deyib ki, ,Kumruda üçüncü uşaq doğulanda ailələrə 50 min, dördüncü uşaqda 100, beşinci uşaq doğulanda 150 min lirə ( təxminən 6 min manat) yardım ediləcək.
Bələdiyə sədri 10 uşağı olan ailələrə 500 min lirə məbləğində maddi yardım və təzə avtomobil vəd edib. "Əgər işsizdirlərsə, valideynlər bələdiyənin tabaleyində olan idərə və müəssələrin birində işlə təmin olulanacaqlar", - deyə Yusuf Yalçuva bildirib.