Türkiyənin ən böyük şəhəri olan İstanbulda hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Sinoptiklərin məlumatına görə, temperatur qısa müddətdə təxminən 10 dərəcə aşağı düşəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Meteoroloji Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, həftəsonu başlayan yağışlı hava şəraiti növbəti günlərdə qarla əvəzlənəcək. Xüsusilə gecə saatlarından etibarən temperatur 2-3 dərəcəyədək encək. Aprelin 22-də intensive qar yağacaq.

Yolların buz bağlayacağı və qarlı hava şəraitinin nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaradacağı qeyd olunub. Sinoptiklər əhalini ehtiyatlı olmağa çağırıb.