Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-İsrail-İran müharibəsi ilə bağlı növbəti dəfə xəbərdarlıq edib. Dövlət başçısı müharibənin uzanmasından narahatlığını dilə gətirib, nəticələrin gözlənildiyindən daha ağır olacağənı bildirib.

Metbuat.az xəbər verir ki, Ərdoğan sülh üçün mümkün olan bütün vasitələrdən istifadə edilməsinin vacibliyindən danışıb. Qeyd edib ki, silahların susması üçün bütün variantlardan istifadə olunmalıdır.

“Müharibə başladığı ilk gündən Türkiyə haqq səsini ucaldıb, vicdanlı davranıb. İlk gündən demişik ki, bu müharibə region fəlakətə sürükləyir”.

Türkiyə prezidenti deyib ki, müharibənin davam etməsi ABŞ və İsrailin maraqlarına uyğun olsa da, region üçün yaxşı gələcək vəd etmir: “İsrail regionu yanğın yerinə çevirib. Bu müharibə dərhal dayandırılmalıdır. Kim müharibənin davam etməsini istəyirsə, o, İsrailin maraqlarına xidmət edir”.