"Sizin Qarabağda yaşamağınız üçün hər şeyi etdik və 2023-cü ildə insanların Qarabağdan Ermənistana getməsinin qarşısını almaq üçün sərhədləri bağlamaqda məni günahlandıran sizlər idiniz. İndi isə buraya gəlib deyirsiniz: "Geri qayıtmaq istəyirdik".

Metbuat.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşlardan biri ilə söhbətində deyib:

"Biz Ermənistan vətəndaşlarının milyardlarla vergisini sizlərə xərclədik ki, orada qala biləsiniz. Bəs niyə qalmadınız? Ermənistanın xəritəsi haqqında bu qədər ikrahla danışmayın. Siz, qaçanlar, mənim Qarabağı təslim etdiyimi deməyə çalışmayın".

Hadisənin görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub.