Rusiyanın Kamçatka diyarında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 208 km aralıda baş verib. Zəlzələnin ocağı 4 km dərinlikdə yerləşib.