Bu gün səhər saatlarında Türkiyənin Muğla şəhərinin Ortaca rayonunda zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, 4.5 bal gücündə zəlzələ səhər saat 5:45-də qeydə alınıb.

Dağıntı və insan itkisi qeydə alınmayıb.