Ermənistanda Müdafiə Nazirliyinə məxsus “UAZ” markalı avtomobil qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, hadisə Mehri–Sisian avtomobil yolunda baş verib.

Qəza nəticəsində 6 hərbçi və 1 tibb bacısı xəsarət alıb, hərbçilərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatları və qəzanın səbəbləri araşdırılır.