Gürcüstanın Azərbaycanla sərhəd ərazisində 3 maqnitudalı zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 08:18-də Gəncədən 61 km şimalda Gürcüstan ərazisində qeydə alınıb.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.