Vətəndaş vəfat etdikdə onun pensiyası avtomatik olaraq ailəsinə ödənilmir. Amma qanunvericilikdə müəyyən istisnalar var. Belə ki, həyat yoldaşı və ya azyaşlı övladlar həmin pensiyadan yararlana bilirlər.

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, əgər vəfat edən şəxsin pensiyası sağ qalan həyat yoldaşının pensiyasından çox olarsa, müəyyən şərtlərlə fərq ödənilə bilər.

“Bundan başqa, ölən şəxsin himayəsində azyaşlı övlad varsa, o 18 yaşına (bəzi hallarda təhsil alırsa 23 yaşına) qədər pensiya ala bilər. Digər hallarda isə vəfat edən şəxsin pensiyası birbaşa ailə üzvlərinə verilmir”.

Sevinc İbrahimzadə / Metbuat.az