"Çox vacib oyun idi, azarkeşlərə təşəkkür edirəm. Stadionda futbol ab-havası var idi".

Metbuat.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubunu 5:1 hesabla məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

"Yaxşı bir oyun oldu. Rəqibə uğurlar arzu edirəm. Özlərini çox alicənab aparırdılar. Deyə bilmərəm ki, belə böyükhesablı qələbə gözləyirdim, amma istəyirdim", - Q. Qurbanov əlavə edib.

Sevinc İbrahimzadə / Metbuat.az