"İlk olaraq mən “Qarabağ” azarkeşlərini təbrik edirəm. “Qarabağ” bu qələbəyə layiq idi".
Metbuat.az-ın məlumatına görə, bunu “Şkendiya”nın baş məşqçisi Ceton Beqiri Bakıda “Qarabağ”la keçirilən (5:1) oyundan sonrakı mətbuat konfransında söyləyib.
O bildirib ki, “Qarabağ” çox yaxşı oynayıb:
“5:1 məğlub olmuşuq deyə bununla bağlı çox sözüm yoxdur. Bu nəticəni gözləmirdik. Çalışacağıq ki, belə oyunları analiz edib nəticə çıxaraq. “Qarabağ” daha təcrübəli oynadı. Növbəti mərhələdə uğurlar arzu edirəm”.
Sevinc İbrahimzadə / Metbuat.az