Azərbaycan Taekvondo Federasiyasında (ATF) yeni təyinat baş tutub.

Metbuat.az xəbər verir ki, Aygül Abdullayeva federasiyanın baş katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Aygül Abdullayeva bundan əvvəl ATF-də Hakimlər Komitəsinin sədr müavini vəzifəsində çalışıb.