“Zəngəzur dəhlizinin açılması gözlənilən bir hadisədir”.
Bunu Metbuat.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.
Onun sözlərinə görə, bu gün Amerika Birləşmiş Ştatlarında keçiriləcək üçtərəfli görüşdən sonra bununla bağlı açıqlama olacaq və Ermənistan da, nəhayət, Zəngəzur dəhlizi ilə bağlı yekun qərarını verə biləcək:
“Nəzərə alsaq ki, dəhlizin açılmasında ABŞ və digər qlobal güclər maraqlıdır. Ermənistan üçün əsas məsələ isə bu dəhlizə kimin nəzarət edəcəyi idi. Hazırda anlaşılan budur ki, Ermənistan ABŞ ilə müəyyən razılıq əldə edib. Razılaşmaya əsasən, dəhlizin nəzarəti amerikalı şirkətə veriləcək və bununla da problem həllini tapacaq. Beləliklə, bütün hallarda Zəngəzur dəhlizinin açılması şərtdir və bu, olacaq”.
Qeyd edək ki, bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək.
Sevinc İbrahimzadə / Metbuat.az