Sumqayıtda mağazada satıcıya hücum edilib.
Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib.
Mağazada satıcı işləyən 22 yaşlı Aqil Hüseynov müştərilərdən biri tərəfindən boynundan bıçaqlanıb.
Satıcı yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.