Şəmkirdə 7 nəfərin öldüyü ağır qəzaya səbəb sürücünün ürək tutması olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, sürücü Arif Bağırovun sükan arxasında ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, qəza nəticəsində ölənlərin 4-ü kişi, 3-ü qadındır:

- 1992-ci il təvəllüdlü Şadət Bayramov,

- 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,

- 1977-ci il təvəllüdlü Aydın Pənahov,

- 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva,

- 2008-ci il təvəllüdlü Kənan Məmmədov,

- 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova

- 1966-ci il təvəllüdlü Arif Bağırov.

Yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:

- M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini

- N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini

- K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini

- Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini

- B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı

Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb.