2025-ci ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdə baş verən sudaboğulma hadisələri ilə bağlı ümumilikdə 21 müraciət (5-i qadın, 16-sı kişi cinsli olmaqla) daxil olub.
Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, daxil olan çağırışlar əsasında təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb olunub:
"Hadisələr nəticəsində Bakı şəhəri üzrə 11 nəfər sudaboğulma diaqnozu ilə tibb müəssisələrinə təxliyə olunub. 3 nəfərə isə yerində tibbi yardım göstərilib. 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb. Eyni zamanda Qəbələ, Zaqatala, İmişli, Ağdaş, Saatlı və Sumqayıt üzrə sudaboğulma ilə bağlı müraciətlər qeydə alınıb. Müraciətlər əsasında 4 nəfər tibb müəssisələrinə təxliyə edilib. 1 nəfərə yerində yardım göstərilib. 6 nəfərin isə (5-i kişi, 1-i qadın cinsli olmaqla) sudaboğulma nəticəsində həkiməqədər ölüm faktı qeydə alınıb".
Sevinc İbrahimzadə / Metbuat.az