Son dövrlər paytaxt küçələrində elektrik skuterlərindən istifadə artıb. Bu mobil nəqliyyat vasitələri sürücülərə rahatlıq qazandırsa da, onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin də sayı getdikcə çoxalır.

Nəqliyyat eksperti İlqar Hüseynli Metbuat.az-a açıqlamasında bildirib ki, skuterlərlə bağlı konkret qanun və ya ayrıca qayda yoxdur. Lakin yol hərəkəti qaydalarında inzibati xətalar kimi nəzərdə tutulan müəyyən tələblər var və onlara əməl olunmalıdır:

"Skuter, əslində, velosipedə bənzər bir nəqliyyat vasitəsidir və müvafiq şəkildə təchiz olunmalı, standartlara uyğun təmin edilməlidir. Əgər bu vasitələr üçün ayrıca yollar ayrılırsa, o zaman onların istifadəsi ilə bağlı da yeni qaydalar yaradılmalıdır. Həmçinin cəzalar tətbiq olunmalı, bəzi hallarda bu cəzalar sərtləşdirilməlidir. Skuter idarə edən şəxs yol hərəkəti qaydalarına əməl etməli, nəqliyyatın ümumi axınını nəzərə almalıdır".

Sevinc İbrahimzadə / Metbuat.az