“Peşəkar mühasib” imtahanının elektron sınaq versiyası ictimaiyyətə təqdim edilib.
Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq birinci və ikinci mərhələnin sınaq imtahanları keçirilib və sentyabrdan etibarən bu imtahanlar tam şəkildə elektron formatda keçiriləcək:
"İmtahan iki mərhələdən ibarətdir. Birinci mərhələ artıq sınaqdan keçirilib və nəticələri müzakirə olunub. Növbəti mərhələdə 1500-2000 arasında namizədin iştirakı gözlənilir".
Sevinc İbrahimzadə