“Dövlət İmtahan Mərkəzi (DİM) daim şəffaflığın, açıq məlumatların və bu məlumatların hər kəs üçün əlçatan olmasının tərəfdarıdır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkəmizdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Açıq Məlumat” (Open Data) layihəsi mövcuddur və DİM həmin layihə çərçivəsində günün sonunadək 22 məlumat dəstini ictimaiyyət üçün açıq şəkildə təqdim etməyi öhdəsinə götürüb.

Sevinc İbrahimzadə