2025-ci ilin iyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən günvurma ilə bağlı 2 nəfər müraciət edib.

Bu barədə TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, onlardan 1 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub, 1 nəfərə yerində tibbi yardım göstərilib. Regionlar üzrə isə Quba və Qaxdan daxil olan müraciətlər əsasında bir nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfərə isə yerində tibbi yardım göstərilib".

Sevinc İbrahimzadə / Metbuat.az