Qarabağda arıçılığın bərpası istiqamətində işlər davam edir. Sahənin inkişafı bölgə əhalisi üçün yeni qazanc imkanları yaradır və təbiətə müsbət təsir göstərir.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov Metbuat.az-a bildirib ki, bölgəyə arı ailələrinin köçü yay mövsümündə də sürətlə davam edir.

“İyulun sonlarında köçlə və mövsümlə bağlı dəqiq rəqəmlər açıqlanacaq”, – deyə o qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az