Xətai rayonunda yerləşən uşaq bağçasında ölüm hadisəsi olub.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu G.Mehmandarov küçəsində yerləşən uşaq bağçasında qeydə alınıb.

Burada mühafizəçi işləyən paytaxt sakini 42 yaşlı Rəhim Ağacavad oğlu Aşumov infarkt keçirərək ölüb.

Araşdırma aparılır.