“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin saytında iştirakçı ölkələrin münsiflər heyətinin tərkibi barədə məlumat dərc olunub.

Metbuat.az Olay-a istinadən xəbər verir ki, Azərbaycanın münsiflər heyətinə aşağıdakı şəxslər daxildir:

Aktyor və ssenarist Azər Aydəmir, Əməkdar artist Ramil Qasımov, TuralTuranX duetinin solisti Tural Bağmanov, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının direktoru, bəstəkar Ülviyyə Bəbirli, Əməkdar incəsənət xadimi, rejissor Ülviyə Könül.