III ixtisas qrupuna aid DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həmin imtahan üçün “İmtahana buraxılış vərəqəsi” növbəti həftəsonu dim.gov.az saytına yerləşdiriləcək.