Türkiyədə son günlər baş verən meşə yanğınları ilə əlaqədar olaraq 7 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında açıqlama verib.

7 nəfərin hamısının İzmir bölgəsində saxlanıldığı bildirilib.

Xatırladaq ki, 15-17 avqust tarixlərində Türkiyədə 19 meşə yanğını qeydə alınıb.