Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Bildirilib ki, səfər 18-19 avqust tarixlərində baş tutacaq.

    Rusiya liderinin Azərbaycana səfərinin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası sənədlərin imzalanması planlaşdırılır.