Cənubi Afrika Respublikasında yaşayan Ben Ngemani Mabuza dünyanın ən yaşlı insanlarından biridir.

Metbuat.az "The Sun"a istinadən bildirir ki, onun 111 yaşı var. Mabuza sağlamlığının və uzunömürlülüyünün sirrini qidalanmasında görür:

"Hər gün yulaf, moroqo (ispanağın yabanı növü) və ət yeyirəm".

Mabuza heç bir ciddi xəstəlik keçirmədiyini və özünü yaxşı hiss etdiyini deyir. O, yaxın zamanda Ginnesin Rekordlar Kitabına düşə bilər.