Azərbaycanda 400 nəfər böyrək köçürülməsini gözləyir

“Bütün dünyada olduğu kimi Azərbaycanda böyrək transplantasiyasına daha çox ehtiyac var. İkinci yerdə sümük iliyi, üçüncü yerdə isə qara ciyər transplantasiyasına ehtiyac olanlar yer alır”.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

“Bizim hazırda 400-dən çox böyrək transplantasiyası gözləyən xəstəmiz var. Amma ümumi halda 4000-dən çox dializ xəstəsi var.

Qeyd edim ki, Azərbaycanda buynuz qişa transplantasiyası xaricdən imzalanmış müqavilələr əsasında ixrac edilir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR