Əfv Məsələləri Komissiyasının iclası keçirildi - Müraciətlərə baxıldı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Metbuat.az xəbər verir ki, iclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.

Bu il komissiya 700-dən çox müraciətə baxacaq. Burada qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol-nəqliyyat hadisələri, ömürlüklərlə və s. bağlı müraciətlərə baxılacaq.

Bundan əvvəlki iclasda da 200-dən artıq müraciətə baxılmışdı.

Qeyd edək ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.

Sonuncu sərəncam 8 may 2023-cü il tarixdə imzalanıb. Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalanıb.

Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR