Zubir Fransa klubuna keçir? - AÇIQLAMA

“Bizə Zubirlə bağlı heç bir təklif gəlməyib”.

Metbuat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl fransalı futbolçu Abdullah Zubirin Avropa klublarının maraq dairəsində olması barədə yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.

Fransa Liqa 1 təmsilçisi “Tuluza”nın 33 yaşlı yarımmüdafiəçini transfer etmək istəməsi ilə bağlı iddialara münasibət bildirən klub rəsmisi bu barədə məlumatlı olmadığını söyləyib: “Bununla bağlı nəsə demək düzgün çıxmaz. Çünki Zubir hazırda bizim futbolçumuzdur”.

Funksioner təcrübəli oyunçu ilə müqavilənin mümkün uzadılması məsələsinə də toxunub: “Hər şey mövsümün sonunda bəlli olacaq. Oturub danışacağıq”.

Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”da çıxış edən Abdullah Zubirin klubla müqaviləsi bu ilin yayında başa çatacaq. Ağdam təmsilçisi legioner futbolçuya yeni müqavilə təklif edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR