Bakıda yol qəzası olub.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bildirilib ki, hadisə Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi səbəbindən hazırda metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaşanır.

Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.