Tovuz şəhərində 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, şəhərin Heydər Əliyev prospektində"Mercedes", "Opel", "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar var.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəmkirdə 7 yaşlı qızı maşın vuraraq öldürüb.

Milli.Az