ABŞ-da siyasətçilərə içində partlayıcı qurğunun olduğu bağlamalar göndərən şəxs nəzarətə götürülüb.

Metbuat.az-ın Röyters agentliyinə istinadən məlumatına görə, 56 yaşlı Sezar Sayok adlı şəxs Respublikaçılar partiyasının rəsmi üzvüdürü. Onun evində aparılan axtarışlar zamanı prezident Donald Trampa dəstək ifadə edən nümunələr tapılıb.

Qeyd edək ki, son bir həftə ərzində keçmiş prezident Barak Obama,sabiq vitse prezident Co Bayden,keçmiş dövlət katibi Hillari Klinton və digər siyastçilərə içində partlayıcı qurğular olan bağlamalar göndərilib. Partlayıcılar ünvana çatmadan zərərsizləşdirilib.

Sübhan / METBUAT.az