İstanbul Baş Prokurorluğu ərəb jurnalist Camal Kaşıkçının öldürülməsində şübhəli bilinən 18 Səudiyyə Ərəbistanı vətəndaşının Türkiyəyə təhvil verilməsi üçün tələbnamə hazırlayıb.
Metbuat.az-ın “Milliyet” qəzetinə istinadən məlumatına görə,Baş Prokurorluq həmin şəxslərin Türkiyədə mühakimə edilməsini tələb edir. Ankara hesab edir ki, cinayət Türkiyə sərhədləri daxilində törədildiyi üçün qanun onların burda mühakimə edilməsinə imkan verir. Bu proses istintaqın daha şəffaf aparılmasına təsir edəcək.
Lakin şübhəliləri təhvil verməkdən imtina edən Ər-Riyad, onların krallıqda mühakimə ediləcəyini bəyan edib.
Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən şəxslər hadisədən bir neçə gün əvvəl krallıqdan İstanbula gəlib. Onlar qətl hadisəsindən dərhal sonra ölkələrinə qayıdıb.
Sübhan / METBUAT.az