S-400 zenit-raket komplekslərinin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq.
Metbuat.az-ın məlumatına görə, Milli Müdafiə Naziri Hulusi Akar Anadolu agentliyinə müsahibəsində bildirib ki, gələn ildən başlayaraq S-400-lərlə işləyə bilən kadrların Rusiyada hazırlığına başlanılacaq. Təlimin sonunda zenit-raket qurğularını məhz onlar idarə edəcək. Nazir qeyd edib ki, hakim dairələr hava hücumundan müdafiə sisteminin qurulması məsələsində ABŞ, Fransa və İtaliyaya müraciət edib.
Lakin Ankara arzuolunan cavabı almayıb. Hazırda Türkiyə Hərbi-Hava Qüvvələri komandanlığı S-400-lərin quraşdırılacağı ərazini müəyyənləşdirir. Akar əlavə edib ki, S-400-lər NATO-nun Hava Hücumundan Müdafiə Sistemindən ayrı fəaliyyət göstərəcək.
Sübhan / METBUAT.az