"Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün mühüm işlər görüb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının Avropa və MDB regional bürosunun direktor müavini Rastislav Vrbenski Dayanıqlı İnkişafa dair Bakı Forumunda deyib.

O qeyd edib ki, Azərbaycan özünün bu prinsiplərini artıq formalaşdırıb:

"Azərbaycan artıq DİM-lərin həyata keçirilməsi istiqamətində bir könüllü icma təqim edib, ikinci icmanı təqdim edəcək".

R.Vrbenskinin sözlərinə görə, özəl sektorun Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması vacibdir.

Milli.Az