ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin bu ilin sonuna qədər daha bir görüşünün keçirilməsi nəzərdə tutur:
"Görüşün tarixi və yeri barədə dəqiq məlumat yoxdur. Həmsədrlərin regiona səfəri zamanı bu barədə müzakirə aparılacaq".
Milli.Az