Cari ilin iyununda "Instagram" mobil proqramında videoçat istifadəyə verilib. İndi isə tərtibatçılar həmsöhbətlərin maksimum sayını artırıblar.
 
"ICTnews" Elektron Xəbər Xidməti "life.ru" saytına istinadən yazır ki, artıq qrup zənglərində 6-dək həmsöhbət dəvət etmək olar. Bu haqda şirkətin dəstək səhifəsində məlumat verilib.
 
Xatırladaq ki, ilk əvvəllər qrup videozənglərində ən çox 4 həmsöhbət iştirak edə bilirdi.
 
Emil Hüseynov