İraqın Ninova şəhərində İŞİD tərəfindən öldürüldüyü müəyyən edilən şəxsləri sayı artıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığına (OHCHR) bağlı olan mülki müdafiə qruplarının Ninova şəhərində tapdıqları cəsəd qalıqları ilə İŞİD tərəfindən öldürülənlərin sayının 2675-ə çatdığı açıqlanıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının üzvü Fadıl Qaravi açıqlamasında bildirib ki, cəsəd qalıqları tapılanlardan 851-i uşaqdır. Tapılan 1871 nəfərin şəxsiyyəti müəyyənləşməyib.

Qeyd edək ki, İŞİD tərəfindən 3 il işğal altında saxlanılan Ninova şəhəri 2017-ci ilin avqustunda İraq təhlükəsizlik qüvvələri tərəfindən terrorçulardan tamamilə təmizlənib.

Günay Elşadqızı / METBUAT.AZ