Türkiyənin Muğla sahillərində gəmi batıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, gəmidə Yunanıstana qeyri-qanuni yollarla qaçmaq istəyən 30 miqrant olub.

Vətəndaşların köməyi ilə dənizdən 3 uşaq, 5 kişi və 4 qadın çıxarılıb.

Əraziyə xilasetmə briqadası cəlb olunub. İtkin düşənlərin axtarışı davam edir.

Aysel Yaqubqızı / Metbuat.az

İndoneziyada zəlzələ qurbanlarının sayı 2113 nəfərə çatıb