“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar üzərində işləyir. Bu haqda “Digital Trends” nəşrinə müsahibəsində şirkətin baş direktoru Riçard Yu deyib.
Metbuat.az-ın məlumatına görə, o qeyd edib ki, “Mate 20X” oyun smartfonu – bu, qatlanan mobil qurğunun şablonudur. Bu qurğunun diaqonalı 7,2 düym təşkil edir. Yunun sözlərinə görə, sözügedən cihazın ölçüsü böyük deyil və ondan istifadə etmək rahatdır.
Cari ilin sentyabrında “Huawei” şirkətinin baş direktoru Almaniyanın nüfuzlu “Die Welt” qəzetinə müsahibə verib və bildirib ki, qatlanan smartfonlar kompüterləri əvəz edə biləcək. //ICTnews
Günün qoroskopu - Dəvət aldığınız yerə qatılmağı unutmayın - Oxumaq üçün tıkla