Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 13-cü mərtəbəsində, ümumi istifadə olunan eyvanda 3 m² sahədə məişət tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb​.

Milli.Az