İstanbulun Fatih rayonunda tüfənglə bir ofisə hücum edən F.O. (26) adlı gənc anası ilə sevgili olduğunu iddia etdiyi M.E.-ni (26) güllələyib.

Metbuat.az Milli.Az istinadən xəbər verir ki, hücum anbaan kameraya düşüb.

Qanlı olaydan sonra araşdırmaya başlayan polislər iş yerindəki təhlükəsizlik kamerası görüntülərini izləyərək şübhəlinin şəxsiyyətini təyin ediblər.

Əməliyyat təşkil edən polislər F.O.-nu yaxalayıblar.