Bu gün Axar.az saytının yubileyi, 5 yaşı tamam olur.
Metbuat.az xəbər verir ki, 2013-cü ilin sentyabrında yaranan sayt oktyabrın 19-dan fəaliyyət göstərir. İctimai-siyasi operativ xəbər portalı olan Axar.az-da rubrika yazıları, gündəm, siyasət, yerli və xarici xəbərlər, idman, mədəniyyət, şou xəbərləri dərc olunur.
Qeyd edək ki, Axar.az “Teleqraf.com” MMC-nin tərkibində fəaliyyət göstərir.
Metbuat.az adından Axar.az-dakı bütün həmkarlarımızı ürəkdən təbrik edirik.