Badamdarda sürüşmə zonasında monitorinqlər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Milli.Az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə ciddi dəyişiklik qeydə alınmayıb.

Yuxarı evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur.

Vəziyyət stabilləşməyə doğru gedir.

Milli.Az