Çində sığorta pulu almaq üçün özünü ölmüş kimi göstərdiyi iddia edilən bir adamın həyat yoldaşı onun “ölümü” səbəbilə iki uşağı ilə birlikdə intihar edib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, 34 yaşlı adamın avtomobili çayda tapılıb. Cəsədinin tapılmaması ilə adamın öldüyü düşünülüb. Həyat yoldaşının planından xəbəri olmayan qadın onun öldüyünə inanıb.

Daha sonra qadın internetdə bir intihar mesajı yazaraq, iki uşağı ilə birlikdə gölə atılaraq özünü öldürüb.

Qadın intihar mesajında həyat yoldaşına “yoldaşlıq etməyə” getdiyini və “dörd nəfərlik bir ailənin yenidən birlikdə olmasını istədiyini” yazıb.

He adlı adam isə polisə təslim olub.

Henin daha əvvəl internetdə paylaşdığı bir videoda üç yaşlı xəstə qızının müalicəsi üçün borc pul almağa məcbur qaldığını deyib, ağladığı ortaya çıxıb.

https://metbuat.az/news/1044667/meshur-aktrisa-ham...