Bakının Badamdar qəsəbəsində sürüşmə baş verən ərazidə çatlar getdikcə dərinləşir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib ki, sürüşməni fəallaşdıran antropogen təsirlərdir:

“Bakı amfiteatrı sürüşmə cəhətdən çox fəal ərazidir. Burada antropogen yüklənmənin artmasıyla əlaqədar problem yaranıb. Badamdar sürüşməsini tətikləyən, onu fəallaşdıran yağıntılarla yanaşı həm də antropogen təsirlərdir. Orada fikir versəniz, görərsiniz ki, yol yamacı kəsir, üstəlik yol o qədər də enli deyil. Yolun kəsilməsi yamancın yükünü həddindən artıq artırır. İri maşınların, yük avtomobillərinin oradan hərəkəti, avtomobollərin intensivliyinin artması hər dəfə yamacda titrəyişlər yaratması yay aylarında müəyyən çatlar yaratdı. Sonrakı yağıntılı dövrdə həmin torpaq süxurlar su ilə doldu, onların hissəscikləri arasında əlaqə qırıldı, kütlənin artması nəticəsində bu hala gəlib çıxdı. Həmin yamacların yaşıllaşdırılması da o qədər düzgün deyil. Ərazini yaşıllaşdıran zaman bitkilərə su verilir. Həmin su müyyən qədər süxur aralarına dolur. Bu da yağış yağan zaman sürüşmənin fəallığını artırır.

Sürüşmə iki şəkildə gedir- yamacın yuxarı və aşağı hissəsindən başlayan sürüşmə. Bu sürüşmə yamacın aşağı hissəsindən başlayır. Yamacın aşağı hissəsindən başalayan sürüşmə yuxardakı suxur kütlələrini dartır, onların ağırlıq qüvvəsini, tarazlığını pozur, nəticədə sürüşmə yuxarıya doğru yayılır. Bayıl yamacında böyük təhlükə var. Yamacın yuxarısındakı hamar hissədə salınmış evlər üçün böyük təhlükə gözlənilir. Hətta aşağıdakı evlər üçün ciddi təhlükə var. Ümumiyyətlə, Bayıl yamacı sürüşmə təhlükəsi olan ərazidir. Burada hündürmərtəbəli evlərin tikilməsi təhlükəlidir. Hazırda qeyd olunan ərazidə sürüşmə fəallığı olsa da, Zığ sahəsində də təhlükə qalır. Köhnə Günəşli tərəfdə çox təhlükəli sürüşmə sahəsi var. Əhmədli yaylasının yamacları, Masazır ərazisində sürüşmə təhlükəli hissələr var. Ümumiyyətlə, sürüşmə təhlükəsi olan ərazilərin xəritələşdirilməsiylə məşğuluq. Bu xəritə hazır olandan sonra onu Bakı şəhər İcra Hakimiyyətinə təqdim edəcəyik, o zaman harada hansı işlərin görülməsi barədə məlumat verəcəyik”.

Xəyalə Məmmədova / METBUAT.AZ

"Jurnalistikaya soxulmuş insanlar bu hallardan çox istifadə edirlər" - Müşfiq Ələsgərli