Metbuat.az-ın informasiya dəstəyi verdiyi və Amil Xəlilin təqdimatında yayımlanan kriminal sosial layihə olan "Gəl Dərdini Danış" verilişində inanılmaz anlar qeydə alınıb.
Verilişə müraciət edən Cahangir bəyin açıqlamaları izləyənləri heyrətləndirib. "12 yaşım olanda 4 erməni bir rus qızını təkləmişdilər. Sataşırdılar... Zorlamaq istəyirdilər. 12 yaşımın olmasına baxmayaraq cəld biri idim. Bunları öldürdüm. Mənə 2 dəfə güllələnmə verdilər. Sonuncu məhkəmədə rus hakim işə baxırdı. Dedi ki, "bizim sənin kimi oğullara ehtiyacımız var". Mənə 9 il iş verdilər. İçərdə olarkən namus üstündə bir nəfəri də öldürdüm. İşim artdı. 39 il həbs edildim. Sonra evləndim. 2 övladım var . Onlardan xəbərim yoxdur. Onları axtarırıam. Həm də vaqonda yaşayıram. Daş qum alıb bir otaq tikib yaşamaq istəyirəm . Köməklik edən olsa sevinərəm.."
Daha ətraflı videoda: