Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı Səudiyyə Kralı Ərdoğana itkin düşmüş səudiyyəli jurnalist Camal Kaşıkçının işinin araşdırılmasında əməkdaşlığa görə minnətdarlıq edib.

Türkiyə ilə olan möhkəm əlaqələri dilə gətirən Kral Səlman bildirib ki, “heç kim Türkiyə ilə əlaqələrimizi baltalaya bilməz”. Kral Salman Türkiyə ilə aralarında möhkəm münasibətlərin qurulduğunu və hər iki tərəfin bu münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Ərdoğan və Səlman Camal Kaşıkçının işinin araşdırılması üçün ortaq işçi qrupun yaradılmasının əhəmiyyətini vurğulayıblar. Kral Səlman, Ərdoğana ortaq işçi qrupun yaradılması təklifini qəbul etdiyi üçün təşəkkür edib.

Xatırladaq ki, ABŞ-ın “Washington Post” qəzetinin icmalçısı Camal Kaşıkçı oktyabrın 2-də sənədlərini düzəltmək üçün Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğuna girdikdən sonra yoxa çıxıb. Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalistin konsulluqdan çıxdıqdan sonra itdiyini bildirir.

Günay Elşadqızı / METBUAT.AZ