ABŞ-ın Texas ştatında ad günü şənliyində atışma baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, insident iki ailə arasında yaranan mübahisədən sonra baş verib. Atışmada 4 nəfər həlak olub.
Həlak olanlardan 3-nün soyadı eyni olub və hesab edilir ki, onlar bir ailənin üzvüdürlər.
Atışmadan sonra bir nəfər saxlanılıb, onun kimliyi barədə məlumat verilmir.
Milli.Az